Azərbaycan dili fənnindən “Şəki Xan sarayı” mövzusunda açıq dərsi keçirildi

28.02.2017-ci il tarixdə 281 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə Əliyevanın VIIe sinfində Azərbaycan dili fənnindən “Şəki Xan sarayı” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəbin direktoru Gülşən xanım Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Gültəkin Axundova, Azərbaycan dili və ədəbiyyat fənn medotbirləşmə sədri Xalidə Sadıqova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevda Zeynalova, Natəvan Ənsərova, Zərövşən Qafarova iştirak etdilər. Dərsdə şagirdlərə tariximiz, ədəbiyyatımız, dilimiz haqqında elmi biliklər aşılandı.