3 V sinif şagirdlərinin Eko Parka ekskursiyası

Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız, sağlam olmağımız, sağlam qidalanmağımız təbiətlə bağlıdır. Dünyamızın sabahı, gələcəyi biz insanlardan bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Təbiəti qorumaq həm də vətənpərvərlik və insanpərvərliklə eynilik təşkil edir. Unutmayaq ki təbiətin qorunması, canlı varlığın qorunması, torpağın qorunması gözəlliyin qorunmasıdır. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin fauna və florasını qorumalıyıq. Təbiətin qayğısını çəkməklə insan öz səadətli gələcəyini, sağlam yaşamını təmin edir.Təbiəti qorumaq hər birimizin borcudur.
05.06.2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Leyla Zeynalova rəhbərlik etdiyi 3 v sinif şagirdləri ilə Eko Parka ekskursiya etdilər. Əsas məqsəd şagirdlərlə ətraf mühitin mühafizəsi, təbiətlə insanlar arasında olan əlaqə haqqında maarifləndirici söhbət aparmaq idi. Azərbaycan xalqının milli mənəvi dəyərlərindən biri olduğu kimi, maddi mənəvi sərvətlərimiz sırasında da xalçaçılıq, heykəltaraşlıq sənəti müstəsna yer tutur. Şagirdlər sənət nümunələri ilə də yaxından tanış oldular.