5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü”

5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” və “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Novruzlunun rəhbərliyi ilə 7 f sinif şagirdləri tərəfindən məktəbin həyətyanı sahəsində müxtəlif gül kolları əkilib, məktəbin ərazisindəki yaşıllıqlara qulluq göstərilib. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.