Akademik Milli Dram Teatrına səyahət

    Teatra tez-tez getmək, maraqlı tamaşalar izləmək şagirdlərin mədəni inkişafında münüm rol oynayır. Bu məqsədlə məktəbin 6 ə sinif şagirdləri və onların Azərbaycan dili və ədəbiyyat müəllimi Talıbova Şəlalə Akademik Milli Dram Teatrında olublar. Şagirdlər "Bir qalanın sirri" tamaşasını böyük həyəcan və maraqla izlədilər. Tamaşada el gücü və xalqın birliyi, elmlə gücün birliyinin şər üzərində zəfər çalması, insanlara xoşbəxtlik bəxş etməsi peşəkar aktyorların ifasında ustalıqla nümayiş olundu. Bu tamaşada təsvir olunan məkan vaxtilə işğal altında olub, indi azad olan Kəlbəcərdir. Tamaşada diqqət cəlb edən məqamlardan biri də bu idi ki, aktyorlar keçmişlə bugünkü Kəlbəcəri müqayisəli şəkildə təqdim etdilər.virtualməktəb, #fəalməktəb  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi