“Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş tədbir

31.05.2024-cü ilə 3Ğ sinif şagirdləri sinif rəhbəri Eyvazova Nuranənin təşkillatçılığı ilə məktəbdə növbəti “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar tədbir keçirtdi. Müəllim əvvəlcə sinifdə keçirdikləri tədbirin səbəbi, mahiyyəti barədə şagirdlərə açıqlama verdi.
-Əziz şagirdlər, biz bilirik ki, ailə kiçik dövlətdir. Ailə üzvləri ailə başçısının qoyduğu qayda-qanununa, nizam-intizamına düzgün əməl etsə, ailənin təməli qırılmaz, möhkəm olar. Böyük dövlətimiz isə bütöv Azərbaycandır. Dövlət başçımız cənab İlham Əliyev 2020-ci ildə 44 günlük müharibədə xalqımıza "Dəmir Yumruq" göstərib müraciət etdi. Azərbaycan xalqını Qarabağımız xatirinə birlik, həmrəy olmağa səslədi. Və bizim igid, qeyrətli oğlanlarımız Prezidentimizin bu çağırışından ilhamlanıb ayağa qalxdı. Vətənimizi düşmən tapdağı altında qoymağa razılaşmadı. Ön cəbhədə vuruşan əsgərlərimiz, arxa cəbhədə, kiçikdən böyüyə hər kəs əl-ələ verdi, birlik oldu. Sizin kimi ayrı məktəbin də şagirdləri mənəvi dəstəyini göstərərək əsgər qardaşlarınıza məktub yazdılar. Qarabağımız Cənab Prezidentimiz və şəhid oğlanlarımızın sayəsində düşmən tapdağından xilas oldu.
İndi isə əziz şagirdlər Cənab Prezidentimiz bizi yaşıl dünyamız naminə həmrəy olmağa çağırır. Bu cür tədbirləri, aksiyaları keçirtməkdə məqsəd təbiətin qorunmasına töhfə vermək, məktəb həyətinin yaşıllaşdırılması, şagirdin təbiətə qayğı hissini, yaşıllıqları artırmaq, ətraf mühiti sağlamlaşdırmaq, su ehtiyatlarından dayanıqlı səmərəli istifadə etmək və s. İnanıram ki,Yaşıl dünya naminə həmrəylik ilinin uğurlarını da sevinc, fərəh və qürur içində qeyd edəcəyik!.virtualməktəb, #fəalməktəb