“Ailəm və məktəbim”layihəsinə start verildi

    Ailə, məktəb və uşaq-bu üçlük daim ünsiyyətdə, əlaqədə olarsa, cəmiyyətə layiqli vətəndaş yetişdirmək danılmaz olar. Bu əlaqəni möhkəm saxlamaq isə daha çox məktəbin-müəllimlərin üzərinə düşür. Bu məqsədlə məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkiltçısı Arzu Əliyeva, və psixoloq Nurlanna Əhmədova “Uşaqlar gələcəyimizdir” mövzusunda valideynlərlə görüş keçirtdi. Görüşdə uşaqlarla necə dialoq qurulmalı, onların yalan danışmalarının səbəbi, nailiyyətlərinə görə necə mükafatlandırılmalı, eyni zamanda reproduktiv sağlamlıq haqqında fikir mübadiləsi aparıldı.

    Sonda belə maarifləndirici görüşlərin tez-tez keçirilməsinin əhəmiyyəti vurğulandı.#İnsanHüquqlarıAylığı və #HumanRightsMonth 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi