Müstəqilliyin mübarək Azərbaycan!

27.05.2024 cü-il tarixində məktəbin ibtidai sinif müəllimi Aygün Nəcəfova rəhbərlik etdiyi 4 c-sinif şagirdləri ilə 28 May Müstəqillik Gününə həsr olunmuş ilə tədbir keçirtdi. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkiltçısı Arzu Əliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova, şagird kollektivi də iştirak edirdi. Şagirdləri tədbirdə yüksək səviyyədə çıxışlar edib, Vətənə aid şeirlər söylədilər, mahnılar oxuyub, rəqslər etdilər.
Tədbirdə vaxtı ilə Aygün müəllimənin şagirdi olub, 2011-ci il məzunu olmuş, qazi Kənan Hacıyev da iştirak etdi. Qazimiz öz ürək sözlərini, xatirələrini danışdı. Sinif müəllimi Aygün Nəcəfova şagirdlərə uğurlar arzuladı, iştirakçılara və qonaqlara təşəkkürünü bildirdi. Tədbir "Şən Azərbaycan" mahnısı ilə sona çatdı.virtualməktəb, #fəalməktəb