"Müstəqilliyimiz əbədidir" adlı müsabiqə

                28 May Respublika Günü-şanlı tarix.

    Qısa vaxt ərzində görülən işlər dövlətçiliyimizin möhkəmlənməsinə səbəb olmuşdur. Belə ki,1918-ci ildə yaranmış Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən yenilsə də, 1991-ci ildə imperiyanın dagılması ilə öz müstəqilliyimizi bərpa etdik. Süverenlik illərində böyük təhlükələrlə üzləşsək, də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə çətinliklərdən xilas olduq. Bu böyük şəxsiyyətin davamçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti ilə dövlətçiliyimiz daha da möhkəmləndi.

    Tarix müəllimi Səriyə Əhmədova 5 b sinfinin vətənpərvərləri ilə "Müstəqilliyimiz əbədidir" adlı müsabiqə təşkil etdi. Komandalar şəklində olan müsabiqədə şagirdlər vətən, onun dəyərləri, tarixi ilə baglı bilik və bacarıqlarını nümayiş etdirdilər. Məktəbin təlim-tərbiyə işləri direktor müavini Gültəkin Axundova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkiltçı Arzu Əliyeva, tarix müəllimi Gülşən İsmayılzadə və Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Adışirinova müsabiqədə münsif kimi iştirak etdilər. Sonda istedadlı komanda üzvləri mükafatlandırıldı. virtualməktəb, #fəalməktəb  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi