"Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" başlığı altında aylığa yekun vuruldu

27.02.2017-ci il tarixində 281 №li tam orta məktəbdə "Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" başlığı altında aylığa yekun vuruldu. Fevral ayı boyunca 10 ç sinif şagirdləri qruplara ayrılaraq vətənimizin ibtidai icma quruluşundan müasir dövrə qədər olan tarixi-memarlıq abidələrimizi tədqiqatlar apararaq öyrəndilər. Atəşgahda, Qala kəndində oldular. Əldə etdikləri məlumatları, elmi bilikləri tədbir iştirakçıları ilə bölüşdülər. Şagirdlər tədqiqat işlərini çox böyük zövqlə hazırladılar. Qobustan qrupunun öz işlərini təqdim etdikdən sonra "Yallı" rəqsləri tamaşaçılara xüsusi zövq verdi. İşğal olunmuş ərazilərdəki tarixi-memarlıq abidələrimiz haqqında hazırlanan bölmə şagirdlərlə bərabər tamaşaçıları da kövrəltdi. Şagirdlərlərin vətənpərvərlik mövzusunda mahnıları, şeirləri ruhumuzu oxşadı. Tədqiqat işləri hazırlayan qruplar Bakının göz oxşayan müasir tikililərini və bölgələrimizin memarlıq baxımından inkişafında cənab prezidentimiz İlham Əliyevin və vitse prezidentimiz Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğuladılar. Sonda bu cür silsilə tədbirlərin Şuşada keçiriləcəyi ümidi ilə aylığa yekun vuruldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi