"Cənnətdəki Mövludun Mübarək"adlı tədbir

Turan Məhərrəmov adına 2 ç sinif müəllimi Ruba Eyvazovanın rəhbərliyi ilə "Cənnətdəki Mövludun Mübarək" adlı tədbir keçirildi. Tədbirdə Şəhidimiz Turan Məhərrəmovun yaxınları iştirak etdi. Şəhidimizin Vətən uğrunda gedən döyüşlərdə göstərdiyi sücayətlər videoçarx vasitəsilə nümayiş etdirildi. Məqsədimiz şagirdlərə şəhidlərimizi, müharibədə yarımcan olan qazilərimizi unutmamaq və unutdurmamaq kimi tövsiyələr verməklə onlarda vətənpərvərlik hisslərini inkişaf etdirməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Amin.