28 may- Müstəqillik Günü ilə əlaqədar tarix fənnindən bilik yarışı

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
24.03.2024 tarixində məktəbin tarix müəllimi Validə Həsənova qarşıdan gələn 28 may- Müstəqillik Günü ilə əlaqədar 6 a və 6 g sinif şagirdləri arasında tarix fənnindən bilik yarışı keçirtdi. Yarışı şagirdlərlə yanaşı məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Arzu Əliyev 6 g sinif rəhbəri Sevinc Əliyeva və hər iki sinif valideynləri də müşaiyət edirdilər. Sonda 3 bal fərqi ilə 6 a sinfinin fəalları yarışı qələbə ilə başa vurdular.virtualməktəb, #fəalməktəb