Qobustan Milli Qoruğu və Muzeyinə ekskursiya

Məktəbin ibtidai sinif müəllimi Məmmədova Xatirə rəhbərlik etdiyi 2”A” sinfinin şagirdləri ilə Qobustan Milli Qoruğu və muzeyinə ekskursiya etdilər. Qoruqda əsasən Mezolit dövrünün abidələri sərgilənir. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.
Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan qoruğunun ən maraqlı rəsmlərindəndir. Sinif rəhbəri bu tariximizin qorunub sonrakı nəsillərə ötürülməsinin önəmini qeyd etdi. Şagirdlər böyük maraq və həvəslə eksponatlara baxdılar.virtualməktəb, #fəalməktəb