Şəhid Elzar Yusubovun xatirəsinə həsr olunmuş Şahmat turniri keçirildi

    15.05.2024-cü il tarixdə Şəhid Elzar Yusubovun xatirəsinə həsr olunmuş 2-ci sinif şagirdləri arasında şahmat turniri keçirildi. Tədbirdə qonaq qismində şəhidin övladları, çox dəyərli anası Günəş xanım, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edirdi. Tədbirin bədii hissəsində Vətən müharibəsi qəhrəmanı Elzar Yusubovun döyüş yolu anıldı, kiçik fidanların ifaları ilə şəhidin əziz xatirəsi yad edildi. Bədii hissədən sonra final mərhələsinə yüksələn şagirdlər şahmat masalarında öz bacarıqlarını nümayiş etdirdilər.Gərgin keçən mübarizədə 2 c sinfi–I yer, 2 a sinfi-II yer, 2 d sinfi-III yeri qazandı. Turnirin təşkilatçıları Rübabə Rüstəmova və Köçəri Verdiyev qalibləri elan etdikdən sonra mükafatları təqdim etmək üçün söz fəxri qonaqlara verildi. I yerin qaliblərinə müvafiq medallar və kuboku şəhidin anası Günəş xanım təqdim etdi. Bütün qaliblər təltif olunduqdan sonra şəhidin qızı Ayan bala ilə 2-ci sinif şagirdi Məryəm arasında simvolik oyun təşkil edildi. Qələbə bütün balaların, qazanan isə bütöv Azərbaycanımız oldu.

    Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev çıxışında şəhid Elzar Yusubovu dərin sayqı ilə yad edərək iştirak üçün qonaqlara təşəkkürünü bildirdi. Qonaqlarla qaliblər xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi