”İstiqlalımız əbədir” mövzusunda “Açıq dərs”

Milli müstəqillik, azadlıq hər bir xalqın haqqıdır. Amma bəzən bu haqqı xalqlara çox görən, onlara əbədi ayrılıq damğası vuran ölkələr də var. Biz də - Azərbaycan deyilən böyük bir məmləkət 2 dövlətin tamah hədəfinə çevrilmişik. Yəni Azərbaycanımız şimal və cənuba bölünərək ana balasından, qardaş qardaşından ayrı salındı. Bu ayrılıq, bu həsrət 200 ildən artıqdır ki, ruhumuzda qəlbimizdə bir yaradır. Həsrətimizi unutmamaq, gələcək nəsillərə çatdırmaq işində söz sahiblərimiz əvəzsiz əsərlər yaratmışlar. B.Vahabzadənin”İstiqlal” poeması da belə əsərlərdən biridir.
Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən də 9 d sinif istiqlalçıları ilə ”İstiqlalımız əbədir” mövzusunda “Açıq dərs” keçirtdi. Dərsdə ”Gülüstan” poeması ilə ”İstiqlal” poemasının bəşəri dəyərləri və bu dəyərlərə hörmət hissi öz əksini tapmışdır. Bütöv Azərbaycan arzusu ilə dərsə yekun vuruldu.virtualməktəb, #fəalməktəb