"Sən elə bir zirvəsən"adlı “Təşkilat saatı”

    10.05.2024-cü il tarixində 3 b sinfində Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən"adlı “Təşkilat saatı” keçirildi. Şagirdlərin nəzərinə çatdırıldı ki, H.Əliyev öz vətənpərvərliyi, natiqliyi, müdrikliyi ilə seçilən rəhbər olub. O müstəqil dövlətimizin inkişaf etməsində və dunyada tanınmasında böyük işlər görüb. Ulu Öndərimiz hər zaman elmə, təhsilə, müəllimə böyük dəyər verib. "Mən müəllimdən yüksək ad tanımıram", "Təhsil millətin gələcəyidir."-kimi kəlamlar bunun örnəyidir. Şagirdlər H.Əliyev haqqında məlumatı, ona həsr olunmuş şeirləri və soylədiyi kəlamları təqdim etdilər. Təşkilat saatı bu sətirlərlə bitdi:

Sən elə bir zirvəsən, küləklər neyləyəcək?

Dünənim, bu günümsən, səninlədir gələcək.

Nə qədər Azərbaycan, nə qədər bu millət var

Heydər "Xalqım"deyəcək, xalq"Heydər" söyləyəcək!virtualməktəb, #fəalməktəb  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi