"Beynəlxalq Ailə Günü" nə həsr olunmuş maarifləndirici tədbir

    Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Cəmiyətin formalaşması, inkşafı ailə dəyərlərinin qorunmasından, düzgün ailə idarəçiliyindən aslıdır. BMT-nin Baş Assambleyası 1993-cü ildə 15 mayın Beynəlxalq Ailə Günü kimi təsis edilməsinə qərar verib. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə bu günün təsis olunması rəğbətlə qarşılanıb və illərdir ki, dünya xalqları tərəfindən qeyd edilir. Bu fakt öz təsdiqini tapıb ki, ailə həm də istənilən dövlətdə əsas sabitlik və inkişaf faktorudur. Biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşmışıq. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, oradakı iki əsas qüvvə bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilir. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Məktəbin psixoloqları Nurlanna Əhmədova və Səbinə Əzimova ailə dəyərlərinin qorunub saxlanması, ailə münasibətlərinin şagird şəxsiyyətinə təsiri, şagirdlərimizin öz ailələrinə hörmətlə, qayğı ilə yanaşması, milli adət ənənə ilə müasir düşüncələrin tarazlığının ailə idarəçiliyində əhəmiyyəti haqqında həm valideynlərlə həmdə şagirdlərlə silsilə maarifləndirici tədbirlər keçirdilər.#virtualməktəb, #fəalməktəb  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi