“Qəhvəyi mərmər bağacığı ilə birlikdə mübarizə aparaq” mövzusunda “Dəyirmi masa”

    Məktəbin biologiya müəllimi Rübabə Musayeva 7 ə sinfi ilə “Qəhvəyi mərmər bağacığı ilə birlikdə mübarizə aparaq” mövzusunda “Dəyirmi masa” keçirtdi. Qəhvəyi mərmər bağacığı 2017-2021-ci illərdə aparılan monitorinqlər zamanı Azərbaycanda da aşkar edilmişdir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq kənd təssərrüfatı məhsullarına ciddi ziyan vurur. Yaşayış yerlərində, əkin sahələrində və digər yerlərdə zərərvericiyə rast gəldikdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə zəng vura və regional bölmələrə müraciət edə bilmələri şagirdlərin diqqətinə çatdırıldı və mübarizə usulları haqqında ətraflı məlumat verildi.#virtualməktəb, #fəalməktəb  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi