“Azərbaycan tarixi və etnoqrafiyası” adlı dəyirmi masa

24.02.2017-ci il tarixində 281 №li tam orta məktəbin tarix müəllimi Dadaşova Dilarə 7b sinfində “Azərbaycan tarixi və etnoqrafiyası” adlı dəyirmi masa keçirdi. Şagirdlər müxtəlif xalqların keçdiyi həyat yolu haqqında dəyərli məlumatlar verdilər. Həmçinin dünya türklərinin tarixi inkişaf yolundan, mədəniyyət abidələrindən, vətənə, anaya, qadına, böyüyə münasibət haqqında fikirlərini bildirdilər. Türklərin ortaq mədəniyyəti “Kitabi-Dədə Qorqud” haqqında ətraflı məlumatlar verdilər. Müəllimə sonda bildirdi ki, dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi mədəniyyətimizin inkişafına da qayğı göstərilir, tarixi abidələrimiz qorunub saxlanılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi