Füzulinin "usanmaz sevda" dünyası

Dünya poetik fikrinin inkişafında misilsiz xidmətləri olan dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd olunur. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova 1c sinfi ilə şairin yubileyini qeyd etmək üçün Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçiriblər. Tədbirin rəsmi hissəsində şagirdlər M.Füzulinin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Sonra isə bədii hissədə şagirdlərin ifasında Söhbətül-Əsmar(Meyvələrin söhbəti) alleqorik poeması səhnələşdirilmişdir. Müəllim və şagirdlərin ifasında "Şəbi-hicran" əsərinin xorla ifası tədbirin ən maraqlı hissələrindən biri oldu. Sonda F. Köçərli adına kitabxananın müdir müavinləri İlahə xanım Quliyeva, Könül xanım Niftiyeva çıxış edərək bu gözəl təşəbbüs, səhnə quruluşu, şagirdlərin möhtəşəm çıxışlarına görə 1c sinfinə və onun rəhbərinə təşəkkür etdilər. M.Füzulinin 530 illiyinə həsr olunmuş tədbirdə göstərdikləri fəallığa görə uşaqlara məktəb rəhbərliyi adından "Tərifnamə" təqdim olundu.#virtualməktəb, #fəalməktəb