Akademik Milli Dram Teatrına səyahət

    Akademik Milli Dram Teatrı həmişə maraqlı repertuar ilə tamaşaçılarımızın diqqətinə səbəb olur. Məktəbimizin bir qrup şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqovanın təşkilatçılığı ilə ömür yolu ədəbiyyat və sənət tariximizdə bir əfsanəyə dönən ölməz sənətkarımız Ə.Cavadın ömür-gün yoldaşı Şükriyyəyə həsr olunmuş tamaşanı izlədilər.

    C.Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan tamaşada 1937-ci il repressiyaya məruz qalmış Şükriyyənin Ə.Cavada olan sevgisi, 8 illik sürgünlük həyatı, övladlarından ayrı düşən, özünü qorumaq üçün hər cür işgəncələrə məruz qalan bir ananın, bir qadının hissləri böyük sənətkarlarımızın ifasında canlandırıldı.

    Tamaşa şagirdlərimizin qəlbində dərin iz buraxdı.#virtualməktəb, #fəalməktəb  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi