5 v sinif şagirdlərinin Gənc Tamaşaçılar Teatrına səyahəti

    Uşaqların dünyagörüşünün formalaşmasında və inkişafında teatr tamaşalarının rolu çox böyükdür. Teatr uşaqlar üçün ən gözəl tərbiyə növüdür. 28.04.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Novruzlunun rəhbərliyi ilə 5 v sinif şagirdləri Conatan Sviftin “Qulliver cırtdanlar ölkəsində”əsərini tamaşa etmək üçün Gənc Tamaşaçılar Teatrına yollandılar. Maraqlı əsər, möhtəşəm səhnə və istedadlı aktyorlar şagirdləri valeh etdi və ən əsası aktual olan məsələlərin şagirdlərimizin dünyagörüşünə tərbiyəvi təsiri böyükdür. #virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi