"Dahilər də dəyərdir!" adlı poeziya dəqiqələri

    Bildiyimiz kimi 2024-cü ilin aprel ayı əvəzolunmaz yazıçılarımızdan olan Məhəmməd Füzuli ayı olaraq elan edilib. Bizlər də bundan yola çıxaraq şagirdlərimizi Füzuli yaradıcılığı ilə yaxından tanış edirik. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elgün İsmayılova 6 f sinif şagirdləri ilə bərabər "Dahilər də dəyərdir!" adlı poeziya dəqiqələri keçirdi. Şagirdlərimiz Füzulinin həyat və yaradıcılığından, əsərlərindən ibarət təqdimatlar hazırladılar, daha sonra onun yaradıcılığına aid olan əsərlərdən parçalar səsləndirdilər. Xüsusilə də "Söhbətül - Əsmar " poeması, "Söz" qəzəli əsərləri üzərində söhbət aparıldı. Əsərlərdən yola çıxaraq Füzulinin bizlərə aşılamaq istədiyi dəyərlər: mənəm mənəmlikdən uzaq olmaq, danışılan hər sözə diqqət etmək, az danışmaq ,yerli yerində danışmağın gözəlliyi şagirdlərin diqqətinə çatdırıldı.#virtualməktəb, #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi