“Füzuli dühası, Füzuli yaradıcılığı” adlı ”Təşkilat saatı”

    Füzulinin yaradıcılığı Azərbaycan dilinin inkişafında müəyyən rol oynamış, onun artıq Azərbaycan klassik ədəbiyyatında daha yüksək incəlik səviyyəsinə çatmasına kömək etmişdir. Dahi şair oxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, kainatı, həyatı dərk etməyə çağırır, dostluğa, məhəbbətə səsləyir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mərziyə Əliyeva 7 E sinfində Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə “Füzuli dühası, Füzuli yaradıcılığı” adlı ”Təşkilat saatı” keçirtdi. İlk öncə fənn müəllimi şagirdlərə Füzulinin həyatı və yaradıcılığı haqqında məlumat verdi. Daha sonra isə şagirdlər şairin əsərlərindən kiçik səhnəciklər göstərdi, klassikin qəzəlləri əsasında ifadəli oxu təşkil olundu.#virtualməktəb, #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi