“Füzulinin yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır”.

    Anadilli klassik ədəbiyyatımızın ən çox sevilən, oxunan və bəyənilən nümayəndələrindən biri də Məhəmməd Süleyman oğlu Füzulidir. 5 əsrdən artıq bir dövr ərzində yaddaşlarda həkk olunub, qəlblərə və şüurlara yol tapmış Füzuli dühası Azərbaycan ictimai-bədii fikir tarixində xüsusi mərhələ təşkil edir. Füzulini öz oxucusuna sevdirən işlədiyi mövzuların fərqli olması, müəllifin hadisələrə fərqli istiqamətdə yanaşması idi.

    Ümumilli liderimiz Heydər Əliyev vaxtilə Füzuli irsinə yüksək qiymət verərək deyirdi: “Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır”.

    22 aprel 2024-cü il tarixində Füzuli işığına toplaşan 9 E sinif şagirdləri də fənn müəllimi Xətayi Məmmədovanın təşkilatçılığı ilə şairin şeirlərindən nümunələr söylədilər. Şairin “Pənbeyi-daği-cünun...”, “Ey müəllim...”, “Qəzəldir səfabəxşi-əhli nəzər...” şeirlərini söyləyən Abışlı Ayan, Zülfüqarlı Çiçək, Eyvazlı Fatimə şairin əsərləri toplanmış kitablarla mükafatlandırıldılar.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi