“Füzuli yaradıcılığında mənəvi dəyərlər” adlı “Dəyirmi masa”

    Dahi Azərbaycan şairi və mütəfəkkiri M.Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı məktəbimizdə silsilə tədbirlər davam edir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova 7ə sinif şagirdlərinin iştirakı ilə “Füzuli yaradıcılığında mənəvi dəyərlər” adlı “Dəyirmi masa” keçirtdi.

    Şagirdlər tərəfindən “Meyvələrin söhbəti” poemasından səhnəciklər canlandırıldı. Əsərdə qaldırılan problemlər haqqında danışıldı. Mənəm-mənəmlik, lovğalıq, təkəbbürlüyün insanlara başucalığı gətirmədiyi fikri səsləndirildi. Şagirdlər bir daha bildirdilər ki, insan gərək məğrurluq edib başqalarına yuxarıdan aşağı baxmasınlar, təvazökar xasiyyətləri ilə ucalsınlar.#virtualməktəb, #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi