”Şəbi-hicran yanar canım” adlı “Dəyirmi masa”

   Ədəbiyyat sarayının sütunlarından biri Füzulinin 530 illik yubileyi ilə bağlı ”Füzuli dünyası” adlı tədbirlər davam edir.

    Füzuli elə bir dünyadır ki, ondan söz açmaq bir aya, bir ilə bəs etməz. Ona bir ömür lazımdır. Biz də bu ömürdən bir gün qopardıq. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 10 ç sinfinin Füzuli vurğunları ilə ”Şəbi-hicran yanar canım” adlı “Dəyirmi masa” keçirtdi. Şairin ömür və yaradıcılıq yoluna işıq salaraq fikir mübadiləsi apardılar. Böyük sənətkarın söz aləminə səyahət edərək qəzəllərindən nümunələr söylədilər. Poemaları və onların mövzularından danışan şagirdlər “Leyli və Məcnun” operasından parçaları izlədilər.

    Füzuli sənətinin nuru elə gurdur ki, əsrlər keçsə də, bu nurun şöləsi daha da parlayacaq.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi