"Füzuli dünyası" adlı intellektual bilik yarışı

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. 18.04.2024-cü il tarixində layihə çərçivəsində tədbirlər planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Əliyeva tərəfindən 5 a və 5 f sinif şagirdləri ilə "Füzuli dünyası" adlı intellektual bilik yarışı təşkil olundu. Şagirdlərə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı,əsərləri barədə suallar təqdim olundu.

    Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaq idi. #virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi