IX, X, XI sinif şagirdləri ilə görüş

    18 aprel 2024-cü il tarixində Milli Müdafiə Universiteti və Heydər Əliyev adına Hərbi İnstitutun əməkdaşları ilə məktəbin IX, X, XI sinif şagirdləri arasında  görüş keçirildi. Görüşü məktəbin direktoru Dadaş Əliyev açıq elan etdi. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Dadaş Əliyev 44 günlük qalibiyyətimizdən, Ali Baş Komandan Ilham Əliyevin qətiyyətli addımından və hərbiçilərimizin şücaətindən söhbət açdı. Sonra Heydər Əliyev adına Hərbi institutun əməkdaşlarına söz verdi.

    Hərbi İnstitutun əməkdaşları ali hərbi məktəblər, kolleclər və litseylər haqqında geniş və ətraflı məlumatı şagirdlərin nəzərinə çatdırdılar. Məlumatlar şagirdlərdə çox böyük maraq yaratdı.

    Sonda şagirdləri maraqlandıran sullar cavablandırıldı. #virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi