18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”

    Bildiyimiz kimi 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Məhz bu gün münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elgün İsmayılova rəhbərlik etdiyi 5 g sinif şagirdləri və onların valideynləri ilə bərabər tarixi yərlərimizi ziyarət etmək üçün yola çıxdılar. Onlar Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Mərkəzin nümayəndələri Heydər Əliyevin əvəzolunmaz fəaliyyətindən, Azərbaycan üçün etdiyi fədakarlıqlardan danışaraq şagirdlərimizi məlumatlandırdılar. Daha sonra Tarixi abidələrə həsr olunmuş videoçarx izlənildi, həm mərkəzin nümayəndələrinin çıxışı oldu, həm də məktəbin müəllimi Elgün İsmayılovanın. Belə ki, müəllimə "Sevgi ən böyük dəyərdir" mövzusunda çıxışı ilə bildirdi ki, Azərbaycanın dəyərlərinə dəyər vermək istəyiriksə birinci dəyərlərimizi sevməli və hörmət etməliyik.#virtualməktəb, #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi