Erkən nikah-günümüz aktual problemi

    16.04.2024 tarixində məktəbin biologiya müəllimi Nəzakət Mustafayeva 9 ğ sinfi ilə "Erkən nikah-günümüz aktual problemi" mövzusunda “Dəyirmi masa” keçirtdi. Nəzakət müəllim şagirdlərə geniş məlumat verərək bildirib ki, cəmiyyət erkən nikahın əleyhinədir, amma digər tərəfdən, ortada ildən-ilə erkən nikahların sayının artdığını göstərən statistika var. Azərbaycanda nikaha daxil olma yaşı 18-dir. Azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunur.

Müəllim şagirdlərlə erkən nikahın, qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi barədə qarşılıqlı müzakirə apardı. #virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi