"Qohumlararası nikahın fəsadları" mövzusunda "Dəyirmi masa"

    16.04.2024-cü il tarixində məktəbin biologiya müəllimi Firuzə Əliyeva 9 ç sinfində "Qohumlararası nikahın fəsadları” mövzusunda “Dəyirmi masa” keçirtdi. Mövzu ilə bağlı şagirdlər ətraflarında gördükləri xoşagəlməz hallardan nümunələr gətirdilər. Xəstə və qüsurlu uşaqların dünyaya gəlməsinin 80%-nin yaxın qohum evlilikləri səbəbindən olduğu vurğulandı. Şagirdlərə gələcəkdə bu addımı atmamaq tövsiyyə olundu. Çünki düşünülməmiş addımlar talesimiya və hemofiliya kimi irsi qan xəstəliklərinin yaranmasına səbəb olur. Bu cür səhvləri isə heç vaxt düzəltmək olmur. Odur ki, hər kəsin nikahdan öncə icbari tibbi müayinədən keçməsinin vacibliyi vurğulandı. Sağlam gələcəyimiz və xoşbəxtçiliyimiz naminə düşünülmüş addımlar ataq.#virtualməktəb, #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi