"Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib

    Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı tarixində də böyük hadisədir. Füzulinin Azərbaycan klassik şeirinin yüksək zirvələrə qaldırılması orta əsrlərdə təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyəti sayılmalıdır.

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib. Layihə çərçivəsində məktəbimizin kitabxanasında  Füzuli yaradıcılığını əhatə edən kitablar və məqalələrlə şagirdlər tanış oldular. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Xalidə Sadıqova şagirdlərə Füzuli yaradıcılığı haqqında maraqlı məlumatlar verdi. Kitabxana müdiri Nuridə Quliyeva fondda olan kitablar haqqında, onun yaradıcılığını əks etdirən əsərlər, məqalələr barəsində məlumat verdi və kitabxanaçı Əlili Nəcibə şagirdləri kitablarla tanış etdi.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi