"Yol nişanlarını bilək, təhlükədən uzaq olaq" adlı “Təşkilat saatı”

    05.04.2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Nailə Rəhimovanın rəhbərlik etdiyi 3 ə sinfində "Yol nişanlarını bilək, təhlükədən uzaq olaq" adlı “Təşkilat saatı” keçirtdi. Dərsin məqsədi şagirdləri yol hərəkəti qaydaları, yol nişanlarının mənaları ilə tanış etmək və yol mədəniyyətinə sahib olmaqlarını öyrətmək idi. Şagirdlər öyrəndilər ki, yol mədəniyyətinə sahib olan insanlar yol nişanlarını tanıyır və fərqləndirir, yol hərəkəti qaydalarına əməl edirlər. Yol nişanları insanlara məlumat verir, xəbərdarlıq edir və bəzi hərəkətləri qadağan edir.

    Dərs boyunca şagirdlər nişanlar haqqında məlumat verdilər, mahnılar oxudular, nizamlanan və nizamlanmayan yol ayrıclarında davranış qaydalarını əks etdirən səhnəciklər nümayiş etdirdilər. Dərsdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova da iştirak edirdi. Sonda Bəsti müəllimə öz tövsiyə və fikirlərini müəllim və şagirdlərlə bölüşdü.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi