22.02.2017-ci il tarixində məktəbimizin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə dəstək lahiyəsinin əməkdaşları ilə X sinif şagirdləri arasında görüş keçirildi. Lahiyənin məqsədi ali məktəbə hazırlaşmaq imkanı məhdud, lakin oxuma həvəsi olan bilikli və bacarıqlı gənclərin ali məktəblərə qəbul olunmalarına dəstək göstərmək, bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektli, milli və mənəvi dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Lahiyə əməkdaşları ətraflı şəkildə şagirdləri maraqlandıran sualları cavablandırdılar. Sonda lahiyədə iştirak etmək istəyən şagirdlər qeydiyyatdan keçdilər.