21 fevral 2017-ci il tarixində 281 №-li tam orta məktəbdə direktoryanı müşavirə keçirildi. Direktoryanı müşavirədə məktəbin direktoru Gülşən xanım Əliyeva pedaqoji kollektivi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən fevralın 15-də məktəb direktorları ilə keçirilən görüşdə müzakirə olunan məsələlərlə tanış etdi. Gülşən xanım Əliyeva pedaqoji kollektivin hər bir üzvünə istiqamətlər üzrə vəzifələrini bir daha xatırlatdı və vəzifələrin icrasında uğurlar arzuladı.