“İmtahan həyəcanına yox deyək” adlı “Dəyirmi masa”

    İmtahan müasir gənc nəslin hər bir pilləsində rast gəlinən bir prosesdir. İmtahan deyiləndə ilk ağla gələn hiss həyəcandır və uğurumuzun azalmasının başlıca amili də həyəcandır. Şagirdlərin imtahan mühitində həyəcanlarını idarə edə bilməsi məqsədi ilə məktəbin psixoloqu Nurlanna Əhmədova İllik Fəaliyyət Planına əsasən 9-cu sinif şagirdləri ilə “İmtahan həyəcanına yox deyək” adlı “Dəyirmi masa” təşkil etdi. Şagirdlərlə imtahanda həyəcan yaradan amillər, imtahanda həyəcanın yox edilməsi üsulları, düzgün nəfəs texnikası, valdeynlərin reaksiyalarına qarşı necə davranmaq olar, imtahan mühiti haqqında geniş psixoloji müzakirələr aparıldı. Hər bir şagirdin fikirləri dinlənildi, sualları cavablandırıldı. Uşaqlara imtahanda uğurlar arzu edildi.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi