Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun anım guşəsi

2016-2017-ci tədris ilinin fevral ayı 281 №li tam orta məktəbdə “Tarix aylığı” elan olunmuşdur. Məktəbin tarix müəllimləri tədbirlər keçirdilər, muzeylərə ekskursiyalar təşkil etdilər, guşələr hazırladılar. Məktəbin tarix müəllimi İsmayılzadə Gülşən 8ə sinif şagirdləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun anım guşəsi hazırladı. Əsgər Çingiz Qurbanov 29 dekabr 2016-cı il tarixində Azərbaycan- Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman şəhid olmuşdur. Bütün beynəlxalq normaları pozan erməni tərəfi Çingiz Qurbanovun cəsədini Azərbaycan tərəfinə verməmiş, yalnız hörmətli prezidentimiz İlham Əliyev və beynəlxalq təşkilatların fəaliyyəti sayəsində 5 fevral 2017-ci il tarixində şəhidin nəşini ailəsinə təhvil vermişdir. 7 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev 1966 nömrəli sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanovu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi