Şəhid Vaqif Mirzəliyevin ad günü qeyd olundu

Bu gün 22 fevral 281 nömrəli tam orta məktəb adını daşıdığı şəhid Vaqif Mirzəliyevin ad gününü qeyd etdi. Şəhidin adını daşıyan qardaşı oğlu 1d sinfində oxuyur. Bu sinfin şagirdləri ad gününü onun haqqında xatirələrlə, şeirlərlə yad etdilər. Tədbirdə şəhidin, yaxınları- anası, qardaşı, bacısı, məktəbimizin direktoru G.Əliyeva, təlim-tərbiyə işləri üzrə diektor müavini B.Nəsibova, təşkilatı işlər üzrə direktor müavini A.Əliyeva, ona dərs deyən X.Əsədova, 1d sinfinin sinif rəhbəri E.Ağamalıyeva və başqa müəllimlər də iştirak etdilər. Şəhidin anası Tamellla xanım Vaqif haqqında xatirələrini bizimlə bölüşdü. Uşaqlara isə Vaqif kimi vətənini sevən igid olmağı tövsiyyə etdi.Sonda məktəbin direktoru bir daha vurğuladı ki, şagirdlərə Vətənə məhəbbət,düşmənlərə nifrət hissi körpəlikdən aşılanmalıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi