7c sinif şagirdlərinin “Novruz şənliyi” adlı tədbiri

    Bayramlar içində bir bayram var, ən əziz, ən doğma, ən sevimli bayram-Novruz bayramı! Uzun illər taleyinə ağrı acı düşən lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

    Milli mənəvi dəyərlərin qorunması, milli adət ənənələrimizin sevilməsi məqsədi ilə "Dəyərlərimizi qoruyaq" layihəsi əsasında məktəbimizdə silsilə tədbirlər keçirilir. Bu layihə çərçivəsində məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə Məmmədova və onun rəhbərlik etdiyi 7c sinif şagirdləri “Novruz şənliyi” təşkil etdi.

    Novruz adət ənənələrini özündə əks etdirən bu tədbirdə Novruzun əsas personajları olan kosa və keçəlin çıxışi tədbirə xüsusi maraq qatdı. Şagirdlər çox böyük sevgi və sevinclə şeirlər səsləndirdilər rəqslər nümayiş etdirdilər. Milli rəqsimiz Yallı şənliyi daha da canlandırdi. Sonda məktəbin direktoru Dadaş Əliyev tədbirə görə təşəkkür edərək bu gözəl bayram münasibətilə hər kəsi təbrik etdi.#virtualməktəb,#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi