“Çillələrin gəlişi” adlı “Açıq dərs”

    Yurduma yaz gəlir. Gəlişi ilə elimizə, obamıza ruzisi, bərəkəti ilə qədəm qoyur. Bu gəliş bir başqadır. Artıq Şuşalı, Kəlbəcərli, Lacınlı, Zəngilanlı, Ağdamlı, Qubadlılı, Zəngilanlı, Cəbrayıllı yaz gəlir. Sinəsi dağlı Xocalının köksünün qaysağını yumşaldan yaz gəlir. 30 ildir qəlbi övlad həsrətli, torpaqları bərəkət niskilli yurdumuza yaz gəlir. Xoş gəlirsən gözəl, Bahar, qədəmlərinlə bizi arzularımıza, həsrətimizə qovuşdur.

   Hər evdə, hər eldə Baharın isti nəfəsi duyulur. Bu nəfəs general-mayor Polad Həşimov adına 5 c sinfində də duyuldu. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova uşaqlarla “Çillələrin gəlişi” adlı “Açıq dərs” təqdim etdi. Dərsdə Böyük Çillə, Kiçik Çillə və Boz Ayın gəlişi, eləcə də onların insanlara münasibəti “Balaca aktyorlar” ın ifasında canlandı.

  Uşaqlar öz şən rəqsləri, maraqlı laylaları, yumurta döyüşü, şirin nəğmələri ilə dərsə xüsusi rəng qatdılar.#virtualməktəb,#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi