"Yurdumuza bahar gəlir"adlı Novruz şənliyi

    Milli-mənəvi dəyərlərimizin qorunması, qədim türk xalqlarının tarixinin hərtərəfli öyrənilməsi, milli adət-ənənələrimizin sevilməsi məqsədi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Dəyərlərimizi qoruyaq!" layihəsi təqdim edilmişdir. Bu layihəyə əsasən 12.03.2024-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Nailə Rəhimovanın rəhbərlik etdiyi 3 ə sinfində "Yurdumuza bahar gəlir"adlı Novruz şənliyi keçirtdi. Baharın gəlməsini sevinclə qarşılayan şagirdlər öz mahnıları, şeirləri, rəqsləri ilə sevinclərini bölüşdülər. Novruzun bəzəkləri olan Kosa və Keçəlin gəlişi, onların şən əyləncəsi insanların üzündə sevinc dolu gülüş yaratdı. Kosa ilə Keçəlin qonaqlarla yumurta döyüşdürməsi tədbirə maraq qatdı. Novruzun simvollarından olan "Bahar qızı"nın gəlişi şənliyə daha da xoş əhval gətirdi. Sonda məktəbin direktoru Dadaş Əliyev, direktor müavinləri Bəsti Nəsibova, Gültəkin Axundova və Arzu Əliyeva şagirdləri, qonaqları bu gözəl bayram münasibəti ilə təbrik etdilər, Nailə müəlliməyə belə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür etdilər. #virtualməktəb,#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi