“Dünya xalqlarının mədəniyyətinə bir nəzər” adlı təqdimat

    Bu gün müxtəlif mədəniyyətlərin, zehni-mədəni üstünlüyün, dünyagörüşünün, tolerantlığın əsas meyar qəbul edildiyi, dəyişən, inkişaf edən dünyanın müsbət keyfiyyətlərinin təlqin ediliyi əsl vətəndaş yetişdirmək dövlətin bütün sahələrində olduğu kimi təhsil sektorunun da ən önəmli diqqət mərkəzi olan mövzularından biridir. Şagirdlərin humanist duyğularla, vətənpərvər ruhda, dillərə, dinlərə sayğı ilə böyüməsi, həm özünün, həm də dünya ölkələrinin yaşam tərzinə olan marağı onları həm milli, həm də dünyəvi ruhda böyütmək üçün önəmli istiqamət xəttidir. 6 A sinfində Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın rəhbərliyi ilə şagirdlər tərəfindən “Dünya xalqlarının mədəniyyətinə bir nəzər” başlıqlı təqdimat təşkil edilmiş, dərsin gedişatında məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Arzu Əliyeva öz dəyərli fikirlərini şagirdlərlə bölüşmüş, onları təqdir etmişdir.#virtualməktəb,#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi