Xalqımızın adət-ənənələri və filmlərində "Novruz çərşənbələri"

    Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan, onu günümüzə qədər özündə ehtiva edib yaşadan xalqlardan biridir. Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub, qədimdən bu günə qədər öz mahiyyətini, tarixini, milliliyini qoruyub saxlamışdır. Dövrümüzdə də Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb, yaratmağa davam edir. Hələ də sevgi və həvəslə qeyd edilən Novruz adət-ənənələri, çərşənbələrdə özünü göstərən tarixi-mədəni izlər nəsildən-nəsilə ötürülür. Od çərşənbəsi Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın təşəbbüsü ilə 8 e sinfində “Dəli Kür” filmi ilə xatırlanmış, şagirdlər müxtəlif bölgələrə məxsus olan adətləri müzakirə etmiş, dəyərlərimizə sayğı çərçivəsində ümumi fikirlərini bölüşmüşdürlər. #virtualməktəb,#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi