“Ana dilim-şirin dilim” adlı tədbir keçirildi

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq “Ana dilim-şirin dilim” adlı tədbir keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimləri Aslanova Sədaqət, Qafarova Zərövşənin təşkilatçılığı ilə X sinif şagirdlərinin hazırladığı tədbirdə ana dili haqqında gözəl şeirlər söylədilər, mahnılar oxudular. C.Məmmədquluzadənin, B.Vahabzadənin, M.H.Şəhriyarın və digər şairlərin yaradıcılığından götürülmüş nümunələri şagirdlər məharətlə səsləndirdilər. Məktəbin musiqi müəllimi Məmmədova Vəfanın müşayəti ilə səsləndirilən mahnılar tədbirə xüsusi rəng qatdı. Sonda məktəbimizin direktoru Gülşən xanım Əliyeva dilimizin gözəlliyindən, zənginliyindən danışdı.