Firidun bəy Köçərli adına Uşaq kitabxanasına ekskursiya

    03.03.2024-cü il tarixində ibtidai sinif müəllimi Məlahət Novruzova şagirdləri Firidun bəy Köçərli adına Uşaq kitabxanasına ekskursiyaya apardı. Şagirdlər orada Firidun bəy Köçərlinin "Balalara hədiyyə"əsərini səhnələşdirdilər. Firidun bəy Köçərli vətənpərvər bir ziyalı kimi "Balalara hədiyyə" kitabında həm yazılı ədəbiyyatımizdan, həm də şifahi xalq yaradıcılığımizdan dəyərli örnəklər verməklə milli oyanış, özünüdərk, maarif və mədəniyyətin yuksəliş məsələsini ön plana çəkib. “Balalara hədiyyə” kitabından şagirdlər Azərbaycan xalq nağıllarını, xalqımızın kecmişini, adət-ənənələrini, milli mənəvi dəyərlərini, folklor nümunələrini öyrəndilər.

    Kitabxana heyəti şagirdlərin çıxışlarıni yüksək qiymətləndirdi. Belə gözəl çıxışları üçün uşaqlara və müəllimə dərin minnətdarlıqliginı bildirdi. Belə ekskursiyalar uşaqlarda kitab oxumağa maraq oyadır. Kitabların insan həyatı üçün nə qədər vacib olduğunu öyrədir.

    Bu gözəl gün üçün uşaqlar, və müəllim kitabxana heyətinə təşəkkürünü bildirdi. #virtualməktəb,#fəalməktəb

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi