21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş silsilə tədbirlərə start verildi

20.02.2017-ci il tarixində məktəbimizdə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş silsilə tədbirlərə start verildi. Tedbiri aparan məktəbimizin ədəbiyyat müəllimi Qafarova Zərövşən müəllimə bu günün tarixi haqqında şagirdlərə məlumat verərək hələ tədbirlərimizin bir neçə gün davam edəcəyini vurğuladı. Tədbir iki hissədən ibarət oldu. Birinci hissə V sinif şagirdlərinin iştirakı ilə viktorina şəklində təşkil olundu. Viktorinada şagirdlər Azərbaycan dili və ədəbiyyatdan öyrəndikləri bilikləri nümayiş etdirdilər. Demək olar ki, bütün siniflər fəal iştirak etdirdilər. Yarışmanın qalibi isə Və sinfi oldu. Tədbirin ikinci mərhələsində VI sinif şagirdləri dil haqqında atalar sözləri, aforizmlər, yanıltmaclar, bayatılar, şeirlərlə bərabər, dil haqqında maraqlı rəvayət və əhvalatlar söylədilər.Eyni zamanda, dil haqqında gözəl musiqilər səsləndirdilər. Bu mərhələdə isə VIc, VIç, VId, VIf sinifləri xüsusilə fərqlənərək yarışmanın qalibləri oldular. Sonda məktəbimizin ədəbiyyat metodbirləşməsinin sədri Sadıqova Xalidə müəllimə şagirdlərə öz tövsiyələrini verdi, onlara daha böyük qələbələr arzuladı.