İnformatika fənnindən açıq dərs

20.02.2017-ci il tarixdə məktəbin informatika müəllimi Nərminə Şirəliyeva 10e sinfində Ms Publisher proqramına aid açıq dərs verdi.Dərsdən bəzi fraqmentlər:İnsan fərd kimi doğulur, lakin şəxs kimi təlim-tərbiyə və əmək proseslərində vətəndaş kimi formalaşır. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailə olmalıdır, amma bu gün vətəndaşlıq tərbiyəsinin aşılanması təhsilin, məktəbin çiyinlərindədir. Vətənpərvərlik tərbiyəsi şagirdlərin əxlaqi, milli-mənəvi dəyərlərə köklənərək formalaşdırılmasıdır. Bunun üçün məktəb Vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini şagirdlərə öyrədir. Çünki Vətəni sevmək üçün ilk növbədə onu yaxşı tanımaq lazımdır. Açıq dərsdə şagirdlərə "Azərbaycanı necə təqdim etmək, tanıtmaq istərdin?" sualı ilə müraciət olundu. Və onların Ms Publisher proqramında hazırladıqları bülleten, buklet və digər çap məhsulları hamının xoşuna gəldi. Müəllimə şagirdlərinə hazırladıqları "Azərbaycan- yurdum mənim" kompozisiyasına görə isə onlara hədsiz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi