“1 Mart Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir

    Mülki Müdafiə - dinc və ya müharibə dövründə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. 1 Mart - Ümumdünya MM gününün hər il keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın nə qədər vacib və həyati əhəmiyyət daşıdığına cəlb etmək, hər bir fövqəladə hallara hazır olmaq kimi məsələləri diqqətə çatdırmaqdır. Eyni zamanda, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Bu gün məktəbdə ÇH rəhbər Köçəri Verdiyevin təşkilatçılığı ilə “1 Mart Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Şərti olaraq zəlzələ vaxtı dağıntılar altında qalanlar xilasedicilər tərəfində xilas edildi. Şərti yanğınlar söndürüldü, yaralılara tibbi yardım göstərildi. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev Mülki Müdafiənin məqsəd və vəzifələri haqqında məlumat verdi.#virtualməktəb,#fəalməktəb

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi