"Düşünən şagird" müsabiqəsinin qalibləri mükafatlandırıldı

   Uğur qazanmağın sirri yaradıcılıqdır. Şagirdlərdə yaradıcılığı inkişaf etdirməyin ən yaxşı yolu isə düşünmələrinə imkan verməkdir.

    Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Düşünən şagird" müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər arasında məktəbimizin 9 ə sinif şagirdi Sultanov Nihat da yer alıb.

    Böyük həvəs və ilhamla yanaşdığı bu müsabiqədə Nihat "Bir udum su" hekayəsi ilə iştirak etdi. Hekayə Xocalı əsiri Dürdanə Ağayevanın sonuncu müsahibəsindən və "Erməni zindanında 8 gün" əsərindən təsirlənərək yazılmışdır. Nihatı təbrik edir və ona bundan da böyük uğurlar arzulayırıq. #virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi