"26 fevral - Xocalı faciəsi günüdür" mövzusunda" “Təşkilat saatı"

23.02.2024-cü il tarixində 7e sinfində "26 fevral - Xocalı faciəsi günüdür" mövzusunda" “Təşkilat saatı" keçirildi. Sinif rəhbəri Gülşən İsmayılzadə və şagirdlər Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla yad etdilər. Müəllim Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra şagirdlər hazırladıqları təqdimatları və divar qəzetini nümayiş etdirdilər. Şagirdlərdən Ayan İsmayıllı bu faciəyə həsr edilmiş şeir söylədi. Xocalı soyqırımına aid videoçarxlar və sənədli filmlər nümayiş etdirildi.#virtualməktəb, #fəalməktəb